Logo

Diplomu olmayan din xadimlərinin taleyi ilə bağlı AÇIQLAMA

24.05.2022 12:30 379 baxış
IMG

Məscidə rəhbərlik edən və dini diplomu olmayan din xadimlərinin taleyi necə olacağına aydınlıq gətirilib.

"Tehsil.biz"in məlumatına  görə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov bildirib ki, bu proses mərhələli şəkildə, zamanla həllini tapacaq:

“Məscidlərdə ali dini təhsili olmayan şəxlər var və bizdə onlarla bağlı məlumat var. Biz desək ki, sabahdan onları işdən azad etməliyik, bu, doğru olmaz. Bu, mərhələli şəkildə həyata keçiriləcək".

Sədr müavini qeyd edib ki, bununla bağlı attestasiya nəzərdə tutulub və mərhələli şəkildə diplomu olan din xadimləri ilə əvəz olunacaqlar.

Xəbər lenti