Logo

Şagirdlərin qiymətləndirilməsi hansı qaydalarla aparıla bilər? - AÇIQLAMA

07.01.2021 18:29 1392 baxış
IMG

Bildiyimiz kimi, birinci yarımil yanvar ayının sonunda başa çatır. Hər kəsi maraqlandıran sual isə təhsil müəssisələrində qiymətləndirmənin hansı qaydalar çərçivəsində aparılmasıdır.

 

Məsələ ilə bağlı Tehsil.biz-ə danışan Təhsilin idarə olunması üzrə mütəxəssis Qoşqar Məhərrəmov deyir ki, qiymətləndirmə məktəblərin öz səlahiyyyətində, müəllim və şagird arasında aparılmalıdır:

 

 “Azərbaycanda Kembric və IB məktəbləri var ki, onların praktikasında görülür ki, mərkəzi qiymətləndirmələr, yəni ümumi İngiltərə tərəfindən və ya mərkəzləşdirilmiş qiymətləndirmələr yığışdırılır və məktəblərin öz səlahiyyətlərinə buraxılır ki, şagirdlərin vəziyyətlərini nəzərə alaraq individual davransınlar, fərdi yanaşsınlar”.

 

Mütəxəssisin sözlərinə görə, nazirlikdən yeganə bir praktika təklif edilərsə, bu, qiymətləndirilmənin aparılmasında çətinlik yaradacaq:

 

“Düşünürəm ki, hal-hazırda qiymətləndirmə ölkə vəziyyətini nəzərə aldığımız zaman fərdi yanaşılaraq müəllimlərin öz qərarları ilə olmalı və qiymətləndirilmənin necə aparılacağına məktəb çərçivəsində qərar verilməlidir”.

 

Q.Məhərrəmov onlayn təhsilin xüsusilə regionlarda böyük problemə çevrildiyini bildirib:

 

“Regionlarda hər bir məktəbin, hər bir şagird profilinin özünə görə müəyyən problemləri, həssaslığı var. Ona görə də ümumiləşdirilmiş, mərkəzləşdirilmiş bir qiymətləndirilmə yox, lokallaşdırılmış, məktəblərin öz səlahiyyətində, müəllimlərin fərdi yanaşmaları nəticəsində qiymətləndirilmə aparılmalıdır. Müəllimlər siniflərə görə qiymətləndirilməni test, yazılı və yaxud sual-cavab üsulu ilə apara bilərlər”.

Xəbər lenti