Mayın 24-də Paris şəhərindəki Azərbaycan Mədəniyyət Mərkəzində 28 May – Müstəqillik Gününə həsr olunmuş konsert keçiriləcək.
Tehsil.biz xəbər verir ki, Diasporla İş üzrə Dövlət Komitəsinin, ölkəmizin Fransadakı səfirliyinin dəstəyi və Azərbaycanın Fransadakı Dostları Assosiasiyasının təşkilatçılığı ilə baş tutacaq tədbirdə yerli ictimai-siyasi xadimlərin, diplomatik korpusun və Azərbaycan diasporunun nümayəndələrinin iştirak etməsi gözlənilir.
Konsertdə Azərbaycanın xalq artisti Fidan Hacıyeva və tanınmış pianoçu-bəstəkar Könül Hüseynova çıxış edəcəklər. Konsert proqramına Azərbaycan və Avropa bəstəkarlarının əsərləri daxildir.
Tədbirdə Könül Hüseynovanın “Şuşa ili” çərçivəsində bəstələdiyi “Şuşam mənim” əsəri də səslənəcək.