Logo

AzTU-da “Gələcəyin mühəndisi -1” olimpiadasının qalibləri mükafatlandırılıb

07.01.2021 19:50 94 baxış
IMG

Azərbaycan Texniki Universitetində (AzTU)  mayın 31-də keçirilən  “Gələcəyin mühəndisi -1” onlayn olimpiadasının qaliblərinin mükafatları təqdim olunub.

 

Pandemiya şəraitində dəfələrlə sərtləşdirilmiş karantin rejimi ilə əlaqədar olaraq bölgələrdən olan iştirakçıların hədiyyələri müvafiq vaxtlarda universitetin məsul şəxsləri vasitəsilə onlara çatdırılıb.

 

Qeyd edək ki, olimpiadada Bakıdan və Azərbaycanın digər bölgələrindən I ixtisas qrupu üzrə ali məktəbə hazırlaşan 185 nəfər XI sinif şagirdi iştirak edib. Müsabiqənin nəticələrinə əsasən, birinci yerə bir, ikinci yerə iki, üçüncü yerə üç, dördüncü yerə dörd, həvəsləndirici yerə isə iki şagird layiq görülüb.

Xəbər lenti