Logo

Paytaxt məktəblərində vətənpərvərlik ruhlu tədbirlər keçirilir - FOTOLAR

24.05.2022 16:41 306 baxış
IMG

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki təhsil müəssisələrində “Şuşa İli” çəçivəsində tədbirlər davam edir.

Tehsil.biz xəbər verir ki, Bakı şəhəri 5 nömrəli Uşaq - Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında “Qüdrətinlə fəxr edirik,  Azərbaycan!”,  paytaxtdakı 56 nömrəli tam orta məktəbdə isə “Azad Şuşaya qayıdış" adlı tədbirlər keçirilib.

Tədbirlərdə BŞTİ-nin nümayəndələri, millət vəkilləri, şəhid ailələri, yerli icra qurumları, ziyalılar, şair və yazıçılar, məktəblərin pedaqoji kollektivi, valideyn və şagirdlər iştirak ediblər.

Tədbirlər Dövlət Himninin səsləndirilməsi və Vətən uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Çıxış edənlər Qarabağın işğaldan azad edilməsi ilə nəticələnən Vətən Müharibəsinin tariximizin ən parlaq səhifəsinə çevrildiyini, Şuşa şəhərinin azad edilməsinin müharibənin sonrakı gedişinə  həlledici təsir göstərərək Zəfər Günü kimi tariximizə yazıldığını bildiriblər. O cümlədən Şuşa şəhərinin zəngin tarixindən, mədəni irsindən, işğal dövründə məruz qaldığı dağıntılardan söhbət açılıb.

Tədbirlərdə məktəblilərin ifasında milli musiqilər, muğamlar səsləndirilib, ədəbi-bədii kompozisiyalar təqdim olunub.

Xəbər lenti