Tehsil.biz xəbər verir ki, təhsil üzrə ekspert Elçin Əfəndi Qarabağ Dövlət Universitetinin yaradılması prosesinin sürətləndirilməsini və aşağıdakı məqamların diqqətə alınmasını təklif edib.
Ekspert bu barədə sosial hesabı vasitəsi ilə müraciət edib:
I. Aşağıdakı ixtisaslara üstünlük verilsin və tədrisi ingilis dilində aparılsın:
I.I. İnformasiya təhlükəsizliyi, informasiya texnologiyaları, kompüter mühəndisliyi, kosmik texnologiyalar mühəndisliyi, uçuş aparatlarının hazırlanması mühəndisliyi, silah hazırlığı mühəndisliyi, riyaziyyat müəllimliyi, fizika müəllimliyi, informatika müəllimliyi, mühasibat, maliyyə, dövlət və bələdiyyə idarəetməsi, menecment, biznesin idarəolunması, coğrafiya müəllimliyi, beynəlxalq münasibətlər, beynəlxalq jurnalistika, hüquqşünaslıq, dövlət və ictimai münasibətlər, tarix, tarix müəllimliyi, Azərbaycan dili və ədəbiyyat müəllimliyi, ingilis dili və ədəbiyyat müəllimliyi, ibtidai sinif müəllimliyi, tərcümə (erməni dili, ingilis dili, rus dili, fransız dili), tibb, ictimai səhiyyə, beyin cərrahlığı, biotibbi texnologiya mühəndisliyi, gen mühəndisliyi, biologiya müəllimliyi, kimya müəllimliyi, musiqi nəzəriyyəsi, muğam sənəti və xanəndəlik, idman.
II. Qəbul zamanı aşağıdakı məqamlar nəzərə alınsın:
II.I. Bütün şəhid övladları imtahansız qəbul olsun və ödənişsiz təhsil almaları təmin edilsin.
II.II. Qazi övladlarına ödənişsiz təhsil almaq hüququ verilsin.
III. Universitetin yerləşməsi aşağıdakı yerlərdən biri üzrə təyin olunsun:
III.I. Xankəndi və ya Şuşa şəhəri. (Ermənilərin Xankəndində sayçoxluğu olarsa, birmənalı olaraq Şuşa şəhəri).
IV. Universitetə peşəkar müəllimlər cəlb edilsin. Əsasən Türkiyə və Avropa ölkələrində təhsil almış yüksəkixtisaslı kadrlara-vətəndaşlarımıza üstünlük verilsin.
IV. I. Azərbaycana qərəzli mövqe tutmayan başqa xarici ölkələrin yüksəkixtisaslı kadrları da təhsilverən qismində prosesə cəlb edilsin.
V. Xarici ölkə vətəndaşlarının (Ermənistan, Fransa istisna) universitetə qəbulu aparılsın. Bunun əhəmiyyəti böyükdür.
VI. İstər öz vətəndaşlarımızın, ixtərsə də xarici ölkə vətəndaşlarının rahat təhsil almaları üçün yataqxana ilə təmin olunmaları nəzərə alınsın.
Elçin Əfəndi
Təhsil eksperti