Logo

“Sənətin varsa, sənədin olacaq” layihəsi çərçivəsində təltifetmə mərasimi keçirilib

24.05.2022 22:47 575 baxış
IMG

Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən (TKTA) “Sənətin varsa, sənədin olacaq” layihəsi çərçivəsində təltifetmə mərasimi keçirilib.

Tehsil.biz xəbər verir ki, “Toyota Absheron Center”də keçirilən tədbirdə avtomobil təmiri çilingəri peşə ixtisası üzrə qiymətləndirmə prosesində uğurlu nəticə əldə etmiş 17 nəfərə təhsil sənədləri təqdim olunub.

TKTA-nın Qeyri-formal və informal təhsilin tanınması şöbəsinin müdiri Samirə Quliyeva sertifikat sahiblərini təbrik edərək qeyri-formal və informal təhsilin qiymətləndirilməsi və tanınması sahəsində ötən dövr ərzində görülən işlərdən bəhs edib. Formal təhsil ala bilməyən, müxtəlif peşə sahələrində çalışan vətəndaşların peşəkar fəaliyyətinə dəstək olan “Sənətin varsa, sənədin olacaq” layihəsinin cəmiyyət üçün əhəmiyyətindən danışıb.

Sonda qeyri-formal və informal təhsilin qiymətləndirilməsi və tanınması üzrə sertifikatlar təqdim olunub.

Xəbər lenti