Logo

Təhsil Nazirliyinin saytında "Sənədlər" bölməsi yenilənib

25.05.2022 10:12 368 baxış
IMG

Təhsil Nazirliyi tərəfindən vətəndaşlara göstərilən xidmət keyfiyyətinin yüksəldilməsi məqsədilə nazirliyin rəsmi internet səhifəsində "Sənədlər" bölməsi yenilənib. 

Nazirlikdən "Tehsil.biz"ə verilən məlumata görə, yeni bölmədə Təhsil Nazirliyinin fəaliyyət istiqamətlərinə aid hüquqi sənədlərin müxtəlif təhsil pillələri və normativ hüquqi aktların növlərinə görə bölgüsü aparılıb. Bu funksiya saytın istifadəçilərinə lazımi sənədin tapılmasını asanlaşdırmaq üçün nəzərdə tutulub.

Həmçinin bəzi sənədlərə tez-tez əlavə və dəyişikliklər edildiyi üçün onların son versiyalarının daha operativ əldə edilməsi üçün normativ-hüquqi aktların vahid elektron bazası olan e-qanun.az saytına birbaşa keçid verilib.

Xəbər lenti