Logo

Müsabiqə: “Vətən Müharibəsi BDU tələbələrinin gözü ilə”

08.01.2021 03:32 662 baxış
IMG

Bakı Dövlət Universiteti Əzəli Azərbaycan torpaqlarının işğaldan azad olunması uğrunda Vətən müharibəsinə həsr olunmuş “VƏTƏN MÜHARİBƏSİ BDU TƏLƏBƏLƏRİNİN GÖZÜ İLƏ” adlı onlayn tələbə rəsm müsabiqəsi elan edir

 

Müsabiqəyə ürəyi Vətən sevgisi ilə döyünən hər bir tələbənin parlaq zəfərimizi, uzun illər həsrətində olduğumuz əzəli Vətən torpağının səfalı təbiətini, rəşadətli ordumuzun şanlı Qələbəsini, əsgərlərimizin döyüş ruhunu əks etdirən əsərlər qəbul olunur.

 

Rəsmlərin işlənmə texnikası sərbəstdir.

 

Müsabiqəyə təqdim olunan rəsmlərin aşağı sağ küncündə tələbənin adı, soyadı, təhsil aldığı fakültə qeyd olunmalıdır.

 

Müsabiqədə yalnız BDU-nun tələbə və magistrantları iştirak edə bilərlər.

 

Rəsmlər (skan olunmuş formada) müəllifin tələbə vəsiqəsinin surəti ilə birlikdə 2021-ci il yanvar ayının 15 dək [email protected] ünvanına göndərilməlidir.

 

Təqdim olunmuş rəsmlər Müsabiqə komissiyası tərəfindən qiymətləndiriləcək və qaliblər diplom və pul mükafatı ilə təltif ediləcəkdir:

 

Birinci yer  - 300 manat

 

İkinci yer  - 250 manat

 

Üçüncü yer - 200 manat

 

Qalib elan edilmiş rəsmlər BDU-nun rəsmi saytı, sosial media hesabları və “Bakı Universiteti” qəzetində dərc olunacaqdır.

 

Əlavə məlumat üçün: (+994 50) 986 84 44

Xəbər lenti