Logo

BMU-nun dosenti Erasmus mübadilə proqramı çərçivəsində Rumıniyada olub - FOTO

25.05.2022 14:42 322 baxış
IMG

Bakı Mühəndislik Universitetinin (BMU) İngilis dili kafedrasının dosenti Ziyafət Hüseynova Erasmus mübadilə proqramı çərçivəsində Rumıniyanın Babes-Bolyai Universitetində olub.

Tehsil.biz xəbər verir ki, BMU-nun əməkdaşı proqram müddətində adıçəkilən universitetin Siyasi, inzibati və kommunikasiya elmləri fakültəsində XX əsr Azərbaycan ədəbiyyatından seçilmiş nümunələr, XXI əsrdə Azərbaycan milli kimliyinin formalaşması, həmçinin müstəqillik dövründə Azərbaycanda imiqrant ədəbiyyatına maraq və s. mövzularda mühazirələr apararaq tədris mobilliyini uğurla başa vurub.

Mübadilə proqramı müddətində universitetin professor-müəllim heyəti ilə görüşlər təşkil olunub, xarici dillərin tədris olunması və tədris proqramları ilə bağlı geniş fikir mübadiləsi aparılıb.

Səfər çərçivəsində dos.Z.Hüseynova Mühəndislik fakültəsinin yeni təsis edildiyi Babes-Bolyai Universitetinin müasir sinif otaqları, eyni zamanda hər bir fakültənin zəngin kitabxanası ilə tanış olub.

Xəbər lenti