Logo

İNNAB Karyera Mərkəzi BMU-da karyera planlamasına həsr olunan seminar keçirib

25.05.2022 15:49 397 baxış
IMG

Bakı Mühəndislik Universitetində (BMU) tələbələr üçün İNNAB Karyera Mərkəzinin mütəxəssisləri tərəfindən “Karyera Planlaması və Excel” mövzusunda seminar keçirilib.

Tehsil.biz xəbər verir ki, universitetin Müəssisələrlə əlaqələr və karyera departamenti tərəfindən təşkil olunan tədbirdə İNNAB Karyera Mərkəzinin rəhbəri Vüsalə Hüseynova və “Excel” üzrə ekspert Xəyal Səmədov iştirak edib.

Mərkəzin rəhbəri V.Hüseynova təmsil etdiyi qurumun fəaliyyəti haqqında ətraflı məlumat verib. Karyera planlaması haqqında danışan V.Hüseynova müasir dövrün tələblərinə uyğun ixtisaslarda təhsil alan tələbələrin özlərini necə inkişaf etdirə bilmələri, həmçinin CV hazırlayarkən nələrə diqqət yetirməli olduqları kimi məsələrə toxunub. O, eyni zamanda bilik və bacarığın artırılması ilə paralel olaraq, karyera ilə bağlı plan qurmağın, konkret inkişaf hədəfini müəyyən etməyin vacibliyini önə çəkib.

Seminarda “MS Excel”in karyerada əhəmiyyətindən, müasir texnologiyalardan yüksək istifadə etmə bacarığının gətirdiyi üstünlüklərdən bəhs olunub.

Tədbirdə tələbələri maraqlandıran suallar cavablandırılıb.

Sonda aparılan seçim nəticəsində BMU-nun İqtisadiyyat və idarəetmə fakültəsinin tələbəsi Dilrubə İbrahimova Mərkəzdə istədiyi təlim kursuna ödənişsiz qatılmaq şansı əldə edib.

Xəbər lenti