Logo

ADNSU rektoru universitetin Basketbol komandası ilə görüşüb

25.05.2022 17:23 298 baxış
IMG

Mayın 23-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı universitetin basketbol komandası ilə görüşüb.

Tehsil.biz xəbər verir ki, Azərbaycan Basketbol Federasiyasının Kuboku uğrunda keçirilən Respublika turnirində finala çıxaraq II yer tutan ADNSU-nun basketbol komandasını böyük qələbə münasibəti ilə təbrik edən rektor M.Babanlı komandamızın uğurunu yüksək qiymətləndirdiyini və bu istiqamətdə gənclərə hər cür dəstək göstərildiyini vurğulayıb.

Univeristetdə tələbələrin yüksək keyfiyyətli təhsil almaları ilə yanaşı, həm də idman və digər yarışlarda iştirakını təmin etmək üçün hər cür şəraitin olduğunu deyən rektor M.Babanlı basketbol komandamızın qələbəsini son illərdə universitetin idman həyatında baş verən böyük nailiyyət hesab edib. Rektor əlavə edib ki, komandanın daha da böyük uğurlar əldə etməsi üçün universitet əlindən gələn hər bir dəstəyi göstərəcək.

Qeyd edək ki, Azərbaycan Respublikası Təhsil Nazirliyinin və Azərbaycan Basketbol Federasiyasının birgə ali təhsil müəsissələri arasında təşkil etdiyi basketbol çempionatında ADNSU-nun basketbol komandası 24 komanda arasından finala çıxaraq II yeri tutub.

Xəbər lenti