Logo

Mingəçevir Dövlət Universitetində Elmi Şuranın növbəti iclası keçirilib - FOTO

25.05.2022 18:41 518 baxış
IMG

2022-ci ilin 24 may tarixində Mingəçevir Dövlət Universitetində (MDU) Elmi Şuranın növbəti iclası keçirilib.

Tehsil.biz xəbər verir ki, “Microsoft Teams” platforması üzərindən onlayn formatda təşkil edilən iclası açan MDU-nun rektoru Şahin Bayramov gündəlikdə duran məsələləri Şura üzvlərinin diqqətinə çatdırıb.

İclasda “MDU-da beynəlxalq əməkdaşlığın təşkili haqqında”, “2021/2022-ci tədris ilinin yaz imtahan sessiyasına hazırlığın vəziyyəti haqqında” və “Mühəndislik fakultəsinin fəaliyyəti haqqında” hesabatlar dinlənilib. Müzakirələrdən sonra, rektor müvafiq tapşırıq və tövsiyələrini verib, hər üç hesabat qəbul olunub.

Sonra, Elmi-Metodik Şuranın universitetin akademik heyət üzvlərinin həmmüəlliflik etdikləri dərs vəsaitinin nəşr olunması haqqında və magistirlik dissertasiyasının İxtisaslaşdırılmış Şura tərəfindən qiymətləndirilməsi meyarları haqqında təkliflər müzakirəyə çıxarılıb və təsdiq edilib.

İclasda yaxın günlərdə MDU və AMEA İqtisadiyyat İnstitutu arasında keçirilən birgə elmi konfrans və imzalanan əməkdaşlıq memorandumu barədə məlumat verən, Şuşa ilinə həsr olunan “Mühəndislikdə süni intellekt və tətbiqi riyaziyyat” adlı dördüncü beynəlxalq konfransın əsas təşkilatçılarından biri kimi MDU-nun fəal təmsilçiliyindən bəhs edən rektor bütün bunları universitetin tarixində əlamətdar hadisələr kimi dəyərləndirib.

İclasa Türkiyədən qoşulan Elmi Şuranın üzvləri - “Mexanika” kafedrasının müdiri Mahir İsmayılov və “Energetika” kafedrasının müdiri Ülkər Aşurova hazırda MDU-nun 5 əməkdaşının qardaş ölkənin nüfuzlu ali təhsil müəssisələrindən biri olan Qazi Universitetində keçdikləri təlim və təcrübə proqramının gedişatı barədə məlumat verib, yaradılan şəraitə və göstərilən dəstəyə görə hər iki universitetin rəhbərliyinə təşəkkürlərini bildiriblər.

Elmi Şuranın iclası gündəlikdə duran digər cari məsələlərin müzakirəsi ilə başa çatıb.

Xəbər lenti