Logo

ADAU tələbəsi II Beynəlxalq Kakao, Qəhvə və Çay Asiya Konfransında iştirak edib

25.05.2022 20:13 413 baxış
IMG

2022-ci il 19-20 may tarixlərində Xəzər Universitetində 2-ci Beynəlxalq Kakao, Qəhvə və Çay Asiya Konqresi keçirilib.

Tehsil.biz xəbər verir ki, tədbir Xəzər Universiteti, Çinin Anhui Kənd Təsərrüfatı Universiteti və Dövlət Çay Bitkisi Biologiyası və İstifadəsi Aparıcı Laboratoriyası tərəfindən birgə təşkil olunub.

Konfrans çay elmi və təhsilində dünya liderləri olan Anhui Kənd Təsərrüfatı Universiteti ilə Dövlət Çay Bitkisi Biologiyası və İstifadəsi Aparıcı Laboratoriyası arasında elmi tədqiqat layihələri üzrə əməkdaşlıq və tərəfdaşlıq çərçivəsində keçirilib.

Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) Baytarlıq təbabəti fakültəsinin “əczaçılıq” ixtisasının II kurs tələbəsi Kadir Polat konfransda “Polygonum cognatum farmokoqnoziyasi (polifenolların təyini)” mövzusunda təqdimat edib.

Xəbər lenti