Logo

Əməkdar müəllim: Cəbhədən gələn qələbə müjdəli xoş xəbərlər insanları daha inamlı və mübariz edir

05.10.2020 16:21 561 baxış

Ermənistan silahlı qüvvələrinin cəbhə bölgəsində törətdiyi təxribatlar, dinc insanların yaşadığı məntəqələri atəşə tutması mənfur düşmənlərimizin Azərbaycanın yeni ərazilərini işğal etmək siyasətinin davamıdır. Ermənilərin mülki əhalini hədəfə alması beynəlxalq humanitar hüququn kobud şəkildə pozulmasıdır.

Bu sözləri leytenant A.Nuriyev adına Lerik şəhər 1 nömrəli texniki fənlər təmayüllü liseyin direktoru, Əməkdar müəllim Gültəkin Şıxəliyeva AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində bildirib.

Azərbaycan Ordusunun əks-hücumu qarşısında aciz qalan ermənilərin döyüş meydanını qoyub qaçdığını vurğulayan G.Şıxəliyeva, düşmən ordusunun dinc sakinlərimizə atəş açmaqla əhali arasında təlaş yaratmağa çalışdıqlarını diqqətə çatdırıb.

O, daha sonra deyib: “Azərbaycanlılar düşmən təxribatlarına əzmkarlıq nümayiş etdirərək öz evlərini tərk etmirlər. Ali Baş Komandanımızın dediyi kimi, “Azərbaycan Silahlı Qüvvələri öz doğma torpağında ölkəmizin ərazi bütövlüyünü müdafiə edir”. Xalqımız öz Ali Baş Komandanına, rəşadətli və mərd ordusuna inanır. Hər gün cəbhədən gələn qələbə müjdəli xoş xəbərlər insanları daha inamlı və mübariz edir.

Azərbaycan haqq yolundadır, öz torpaqlarını düşməndən azad edir. İnanırıq ki, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə işğal olunmuş torpaqlarımız azad ediləcək, köçkün və qaçqın həyatını yaşayan soydaşlarımız öz əzəli dədə-baba torpaqlarına qayıdacaqlar. Bu gün çox da uzaqda deyil.

Xəbər lenti