Logo

“TİPx: Yay tətilinə dəyər qat” adlı konfrans keçirilib - FOTOLAR

26.05.2022 13:57 386 baxış
IMG

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Mərkəzi Karyera Filialı tərəfindən “Tələbə İnkişaf Platforması” (TİPx) çərçivəsində növbəti “TİPx: Yay tətilinə dəyər qat” adlı konfrans keçirilib.

Tehsil.biz xəbər verir ki, konfransda müxtəlif ali təhsil ocaqlarında təhsil alan 176 tələbə, Agentliyin rəsmiləri və ekspertlər iştirak edib.

Agentliyin İdarə Heyəti sədrinin müavini Cəmaləddin Quliyev və Mərkəzi Karyera filialının rəhbəri Toğrul Ələkbərov karyera planlaması istiqamətində Agentliyin hazırda həyata keçirdiyi layihələr və görülməsi nəzərdə tutulan işlər, eyni zamanda əmək bazarına keçid etməyə hazırlaşan tələbələr, məzunlar, gənclər üçün yaradılan imkanlar barədə məlumat veriblər.

Daha sonra konfransın spikerləri Dövlət Məşğulluq Agentliyinin departament müdiri Rəna Şərifova “Şirkətlər necə işçi axtarır?”, Agentliyin şöbə müdiri Kənan Bağırov “Sosiallaşmanın karyera planlamasında rolu”, “Brainy” şirkətinin rəhbəri Fuad Tağıyev “Həyatı balanslı yaşamaq”, pedaqoq və psixoloq Hüseyn Həsənov “Niyə o ingiliscədən bizdə yoxdur?”, Crossfit üzrə peşəkar məşqçi, 4 qat Azərbaycan çempionu Zeynal Zeynalov isə “Sağlam bədəndə sağlam düşüncə” mövzusunda təqdimatlar edib, tələbələrin suallarını cavablandırıblar.

“Tələbə İnkişaf Platforması” (TİPx) çərçivəsində növbəti tədbirin iyun ayında keçirilməsi nəzərdə tutulur.

Xəbər lenti