Logo

UNEC-in gənc müəllimi: "Təhsildə fərqlilik ən böyük uğur və qalibiyyətdir!"

08.01.2021 16:34 734 baxış
IMG

Litva və Fransanın Vitautas Magnus Universitetinim magistratura pilləsini “Beynəlxalq  münasibətlər və diplomatiya” ixtisası üzrə fərqlənmə diplomu bitirib. 
Avropa Diplomatik Akademiyasının “Avropa İttifaqının xarici siyasəti” adlı proqramının qrantla fəxri məzunudur. 

 

Konrad Adenauer Stiftung qrantı (KAS), Ifa Institut Für Auslansbeziehungen təqaüdü, ERASMUS+ təqaüdləri, PZU təqaüdü, Adam Mickiewicz təqaüdü, Stimson İnstitutu qrant mükafatçısı, Visegrad Siyasi Elmlər Məktəbi, Avropa İttifaqı Jean Monnet, Qırmızı Aypara Cəmiyyəti qrantı və s. təqaüdlərin və qrantların qalibidir. 

 

Beynəlxalq Münasibətlər və Asiya üçün Malayziyada Harvard Layihəsinin Dövlət və Geosiyasət Proqramının (HPAIR- Harvard Project for Asian and International Relations) fəxri nümayəndəsi heyəti seçilib. 
Almaniyanın Düsseldorf şəhərində çap olunmuş, “İran və Türkiyənin Cənubi Qafqazda Enerji münasibətləri” və UNEC-də “Doktorluq dissertasiyasını yazmaq üçün metodik göstərişlər” adlı kitabların müəllifidir. 

 

2018-ci ildə Avropa İttifaqı tərəfindən “Aİ Şərq qonşuları proqramı” üzrə “Gənc Avropa Səfiri” seçilib. 

 

Avropa İttifaqı, Litva və Polşa Xarici İşlər nazirlikləri tərəfindən təşkil edilmiş “Şərq Tərəfdaşlıq proqramının 10 illiyi”nə həsr olunam beynəlxalq məqalə müsabiqəsinin Azərbaycandan ilk qalibidir.

 

İsveçrə Zurix Universitetinin Siyasi elmlər departamentinin “Democracy NET” gənc alimlər şəbəkəsinin fəxri üzvü, Avstriyada “Innovation in Politics” Beyin mərkəzinin üzvüdür.

 

UNEC-in Dünya iqtisadiyyatı proqramının doktorantıdır. 

 

UNEC-in Beynəlxalq əməkdaşlıq departametinin Xarici əlaqələr şöbəsində mütəxəssis vəzifəsində çalışır. 

 

Beynəlxalq İqtisadiyyat Məktəbində (İSE) ingilis dilində “Sosiologiya” və “Politologiya” fənlərini tədris edir.

 

Azərbaycan, ingilis, fransız, rus və litva dillərini bilir.

Xəbər lenti