Logo

ADA Universitetində MEDİA-nın təşkilatçılığı ilə dəyirmi masa keçirilib - FOTOLAR

26.05.2022 19:32 581 baxış
IMG

Mayın 26-da ADA Universitetində Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə “Ənənəvi mediadan yeni mediaya keçid: Qlobal trendlər və hədəflər” mövzusunda dəyirmi masa keçirilib.

Tehsil.biz xəbər verir ki, tədbir Türkiyədə akkreditasiya olunmuş xarici media subyektlərinin rəhbərlərinin, türkiyəli jurnalistlərin, Medianın İnkişafı Agentliyinin əməkdaşlarının iştirakı ilə baş tutub.

Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılovun moderatorluğu ilə keçirilən dəyirmi masada Türkiyə Azərbaycan Dostluq Əməkdaşlıq və Həmrəylik Fondunun prezidenti Aygün Attar, Türk Dövlətləri Təşkilatının mətbuat katibi Qəhrəman Halisçəlik, "Sabah" qəzetinin jurnalisti Mahmud Övür və “Star” qəzetinin köşə yazarı Ardan Zentürk çıxış ediblər.

Dəyirmi masada Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov Azərbaycanda media sahəsində aparılan islahatlar barədə danışıb. Bildirib ki, çağdaş Azərbaycan oxucusunun keyfiyyətli kontentlə təmin olunması üçün bütün digər media subyektləri kimi qəzetlər də inkişaf etməlidir. Vurğulanıb ki, MEDİA Agentliyi print medianın onlayn formata keçidinin təmin edilməsi məqsədilə Azərbaycanda ilk dəfə olaraq müxtəlif qəzet və dərgilərin elektron versiyasının yerləşdiriləcəyi “E-köşk” platformasının yaradılması prosesini başa çatdırmışdır. Qeyd olunub ki, “E-köşk” platformasının əsas məqsədi ənənəvi medianın digital mühitə uyğunlaşmasına və informasiya cəmiyyətinin müasir standartlara cavab verməsinə dəstək göstərməkdir. Əhməd İsmayılov bildirib ki, bu il ərzində Agentlik tərəfindən media nümayəndələrinin peşəkarlığının yüksəldilməsi üzrə peşəkar və sahəvi jurnalistika təlimləri, media subyektlərinin texniki heyəti üçün ixtisasaslaşma proqramları, eyni zamanda gənc kadrların inkişafı üçün yerli və xarici mütəxəssislərin iştirakı ilə müxtəlif layihələrin təşkil edilməsi nəzərdə tutulmuşdur.

Türkiyə Azərbaycan Dostluq Əməkdaşlıq və Həmrəylik Fondunun prezidenti Aygün Attar 44 günlük Vətən müharibəsindən sonra Azərbaycanın qalib mediasının önündə yeni vəzifələrin olduğunu bildirib, qalib medianın inkişafını təmin etməyin vacibliyini vurğulayıb.

Həmçinin dəyirmi masada müasir medianın trendlərindən danışılıb. Qeyd edilib ki, yeni media ilə bağlı hədəflərə çata bilmək üçün qlobal trendlərlə bağlı strategiyanın təşkil edilməsi xüsusi əhəmiyyətə malikdir. Tədbir iştirakçıların mövzu ətrafında müzakirələri ilə davam edib.

Xəbər lenti