Hər bir canlını: su, od, hava və torpaq kimi nemətlər yaşadır. Müəyyən vaxt susuz, odsuz da keçinmək olar, ancaq havasız, torpaqsız əsla! Atalarımız: "Torpağa bax deyiblər!" - ancaq dərin təəsüf və acı həqiqət ondan ibarətdir ki, üç on ilə yaxın bir zamanda sözün hər iki mənasında əzəli Vətən torpaqlarımızın müəyyən bir hissəsinin “qayğısına qala” bilmədik. Biz azərbaycanlılar torpağı çörək bilmiş, hər iki neməti uca tutmuşuq. Pənahımıza sığınan hər kəslə çörəyimizi tən bölmüşük. "Axırıncı aşırım" filmindəki bir ifadədə deyildiyi kimi: "Yeyin bəy, düşmən də olsaq, çörəyimiz halaldır". Sözsüz ki, bu ifadə xalqımızın ədalətli, humanist və ürəyiaçıqlığından xəbər verir. Ancaq heç vaxt heç bir xalqa düşmən gözü ilə baxmamışıq, onun taleyinə qənim kəsilməmişik.
"Dərisi аğ qullаrın ən pisi еrmənilərdir. Аbır-həyаlаrı yоxdur, оğurluqlаrı оlduqcа məşhurdur. Оnlаr yаlnız dəyənək və qоrxu аltındа yаxşı işləyirlər" - deyərək İsveç şərqşünası Аdаm Mеts ürəyi xıltlı, riyakar erməniləri çox dolğun şəkildə xarakterizə edir.
Çörək haqqına xilaf çıxan, çörəyi dizi üstündə olan ermənilər həm də otuz ilə yaxın bir vaxtda dədə-baba torpaqlarımızı işğal etdi. Ancaq yer üzünün əhriməni - şər qüvvəsi olan ermənilər Adam Metsin çəkdiyi misaldakı kimi başlarının üstündə mütləq dəyənək görməli, qorxu yaşamalı idi. Odur ki, Azərbaycan dövlətinin və xalqının dəmir yumruğunun gücü ermənilərin onurğa sütununu və başını əzdikdən sonra illərlə zəbt etdikləri torpaqlarımızdan sözün həqiqi və fiziki mənasında yox oldular.
Keçən ilin 27 sentyabrından başlayan Vətən savaşımız noyabr ayının 10-da düşmən tərəfin biyabırcasına kapitulyasiya aktını imzalaması ilə başa çatdı. Bu parlaq qələbə, bu möhtəşəm zəfər Azərbaycan dövlətinin, ordusunun, xalqının 44 günün içində bütün dünyaya gücünü göstərdi. Ali Baş Komandanımızın qətiyyəti, rəşadətli və müzəffər ordumuzun qüdrəti ilə Qarabağ düşmən tapdağından azad olundu. Bu azadlığın Şuşa zəfəri isə xalqın qan, can və hər an yaddaşında yaşayacaq. Şuşa qalibiyyəti xalqın Şuşa əzəmətini, şüşə təmizliyini özünə qaytardı. İgid ərənlərimizin - əsgərlərimizin qan qırmızısına boyanan Şuşamız öz müqəddəsliyinə bir də Kəbə, Məkkə müqəddəsliyini əlavə etdi. Artıq Şuşa duyğusuz boz, ruhsuz qara rəngi ilə deyil, xarı bülbülün al-əlvan möcüzəli rəngləri ilə boyanıb.
Xarı bülbül yaralı əsgərin ümid yeri, şəhid qardaşlarımızın xatirə rəmzi olmaqla yanaşı, həm də bütün xalqın qələbə simvoluna çevrildi. Bu ilin yanvar ayının 5-də Prezident İlham Əliyevin göstərişi ilə Şuşa şəhəri “Azərbaycan mədəniyyətinin paytaxtı” elan edildi.
Bu məqamda millətimiz üçün günün, ayın və ilin ən müqəddəsi hesab edilən 8 noyabr 2020-ci il Ali Baş Komandanımızın Şuşanın düşmən tapdağından azad olduğu gündə Şəhidlər xiyabanını və Fəxri xiyabanı ziyarət edərkən, xalqa müraciətindəki bu sözləri xatırlayaq: "Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik!"
Həqiqətən də iyirmi səkkiz il yarım işğal altında olan qeyrət və mədəniyyət qalamız - Şuşa qalamız öz doğma insanlarına qovuşdu. İndi "Qafqazın İtaliyası", "Kiçik Paris" yenə əvvəlki dəyərlərinə qayıdacaq, mədəni yüksəlişinə çatacaq. Bu il Şuşa şəhərində "Vaqif poeziya günləri" və "Xarı bülbül" festivalının keçirilməsini qarşıya məqsəd qoyan Cənab Prezident İlham Əliyev şəhərin milli-mənəvi, milli-mədəni dəyərlərinin tezliklə dirçəlməsinə, qol-budaq atmasına tez bir zamanda şərait yaratmış oldu.
Azərbaycanda ilk dəfə 1901-ci ildə Şuşada “Şərq konserti” təşkil edən Əbdürrəhim bəy Haqverdiyevin ruhu ilə bərabər, həm də Süleyman Sani Axundov, Qasım bəy Zakir, Xurşid banu Natəvan, Nəcəf bəy Vəzirov, Yusif Vəzir Çəmənzəminlinin də ruhları şaddır. "Qafqazın sənət məbədi", "Azərbaycan musiqisinin beşiyi", "Zaqafqaziyanın konservatoriyası" sayılan Şuşanın incəsənət nəhəngləri Üzeyir Hacıbəyliin, Zülfüqar Hacıbəyovun, Ağalar Əliverdibəyovun, Məşədi Cəmil Əmirovun, Soltan Hacıbəyovun, Süleyman Ələsgərovun, Cabbar Qaryağdıoğlunun, Bülbülün, Xan Şuşinskinin, Rəşid Behbudovun da heç şübhəsiz ki, ruhları şaddır.
Şuşa hər bir vətəndaşımızın arzusu, xəyalı idi. Bu gün arzu - reallığa, xəyal - gerçəkliyə dönüb. Bu gün ərazi bütövlüyümüz bərpa olunub. Torpaqla bərabər, vətəndaş da tamlığına qovuşub. 2021 -ci il Vətənin daşı, torpağı olan kiçikdən-böyüyə hər bir vətəndaş xoşbəxtdir, şad-xürrəmdir.
Bu gün nəyinki Şuşa və azərbaycanlılar - şuşalılar şaddır, bu gün həm də bu şəhərin dağı-daşı, gölü-çayı, ağacı-meşəsi şaddır. Bir də torpağı və o müqəddəs torpaqda boy atıb xalqla birlikdə böyüyən Xarı bülbülü!
Əsgər İsmayılov,
BDU-nun Jurnalistika fakültəsinin tələbəsi