Logo

AMEA barəsində 1 milyonluq məhkəmə iddiası qaldırılıb

27.05.2022 11:50 466 baxış
IMG

Milli Elmlər Akademiyası barəsində 1 milyon manatlıq məhkəmə iddiası qaldırılıb.

“Kriminalqafqaz”ın əldə etdiyi məlumata görə, dövlət qurumunu məhkəməyə verən "Campus Of Scientist" MTK-dır. Tərəflər arasında podrat müqaviləsi üzrə mübahisə yaranıb. Belə ki, iddiaçı şirkət bildirir ki, AMEA üçün tikinti işləri aparıb, lakin görülən işin müqabilində onlara pul ödənilməyib. MTK müqavilə üzrə AMEA-nın 1 milyon manatdan çox borcu qaldığını iddia edir. Bundan başqa tikinti ərazisində şirkətə məxsus bir sıra avadanlıqların qaldığını və həmin avadanlıqların qaytarılmadığı bildirilir.

"Campus Of Scientist"in iddiası Bakı Kommersiya Məhkəməsinin icraatına götürülüb. Cavabdeh qismində AMEA-nın İşlər İdarəsi tanınıb. Məhkəmənin hazırlıq iclası iyunun 6-a təyin olunub. İddiaya hakim Leyla Əliyevanın sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, "Campus Of Scientist" tərəfindən Abşeronda AMEA əməkdaşları və təhsil sahəsində fəaliyyət göstərən şəxslər üçün yaşayış kompleksi inşa edilib. “Alimlər şəhərciyi” (Science City) adlanan kompleks 7 hektar ərazini əhatə edir.

Xəbər lenti