Logo

AzTU rəhbərliyi “TEKNOFEST Azərbaycan”ın açılış mərasimində - FOTOLAR

27.05.2022 12:42 315 baxış
IMG

Mayın 26-da Bakı Kristal Zalı və ətrafındakı Dənizkənarı Bulvar ərazisində “TEKNOFEST Azərbaycan”-ın açılış mərasimi olub.

Tehsil.biz xəbər verir ki, Azərbaycan Texniki Universitetinin (AzTU) rəhbərliyi açılış mərasimində iştirak edib. Rektor Vilayət Vəliyev, prorektorlar, Boğaçizi universitetinin prorektoru Gürkan Kumbaroğlu universitetin komandalarının stendləri ilə tanış olub, iştirakçılarla xatirə şəkli çəkdirib.

Qeyd edək ki, 4 gün davam edəcək Tədbirdə iştirak üçün dünyanın 32 ölkəsindən 287 startap (101-i Azərbaycan startapı olmaqla) müraciət edib. Onlardan 15-i xarici ölkə (ABŞ, Argentina, Estoniya, İordaniya, Misir, Pakistan, Türkiyə), 35-i yerli olmaqla 50 startap finala vəsiqə qazanıb. “Teknofest Azərbaycan”-ın akademik tərəfdaşı olan Azərbaycan Texniki Universiteti də 30-dan çox tələbə və mentorun daxil olduğu 7 komandadan ibarət böyük bir heyətlə festivalda təmsil olunur.

Xəbər lenti