Logo

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Şabranda vətəndaşları qəbul edib - FOTOLAR

27.05.2022 16:38 395 baxış
IMG

Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı mayın 27-də Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən rayonlarından olan vətəndaşların müraciətlərinə baxıb.

Tehsil.biz xəbər verir ki, qəbuldan öncə Komitə sədri Mübariz Qurbanlı və Şabran Rayon İcra Hakimiyyətinin başçısı Asif Hüseynov Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, əziz xatirəsinə dərin ehtiramlarını bildiriblər.

Şabran rayon Heydər Əliyev Mərkəzində baş tutan qəbul zamanı Komitənin fəaliyyət istiqamətlərinə uyğun olan müraciətlər cavablandırılıb, qaldırılan məsələlərin həlli ilə əlaqədar müvafiq göstərişlər verilib.

Xəbər lenti