Azərbaycan Bəstəkarlar İttifaqının sədri Firəngiz Əliağa qızı Əlizadə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib.
Tehsil.biz xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.
O, Azərbaycan musiqi mədəniyyətinin inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə təltif olunub.
Qeyd edək ki, sabah Firəngiz Əlizadənin 75 yaşı olur.