Logo

Məktəblilər üçün təşkil olunan “Öyrət və Öyrən” layihəsi başa çatıb - FOTO

27.05.2022 19:36 414 baxış
IMG

Cari tədris ilinin əvvəlində Bakı Mühəndislik Universitetinin (BMU) Keyfiyyətin təminatı şöbəsinin təşkilatçılığı ilə başladılan “Öyrət və Öyrən” layihəsi yekunlaşıb.

Tehsil.biz xəbər verir ki, layihə çərçivəsində BMU-nun Pedaqoji fakültəsinin Riyaziyyat müəllimliyi, həmçinin Riyaziyyat və informatika müəllimliyi ixtisaslarından olan tələbələr 238 nömrəli məktəbin şagirdlərinə könüllülük əsasında Riyaziyyat fənni üzrə əlavə məşğələ dərslər keçiblər.

Pandemiya dövründə məktəblilərin Riyaziyyat fənni üzrə proqramın mənimsənilməsində üzləşdikləri çətinlikləri aradan qaldırmaq layihənin əsas hədəfi olaraq seçilib və bu məqsədə nail olunub.

Layihənin sonunda adıçəkilən məktəbin rəhbərliyi BMU tələbələrinə fəal iştiraka görə təşəkkürlərini çatdırıb və onlara sertifikatlar təqdim edib.

Xəbər lenti