Logo

4208 şagird Apellyasiya komissiyasına ərizə ilə müraciət edib

27.05.2022 22:23 335 baxış
IMG

12-13 mart 2022-ci il tarixlərində keçirilmiş buraxılış imtahanlarının nəticələri ilə bağlı yaradılmış Apellyasiya komissiyasına 4208 şagird ərizə ilə müraciət edib.

Bu barədə "Tehsil.biz"ə Dövlət İmtahan Mərkəzindən məlumat verilib.

Bildirilib ki, bu ərizələrdə ümumilikdə 16862 yazı işi (tapşırıq) üzrə qiymətlərin araşdırılması üçün müraciət olunub. Qeyd edək ki, bu imtahanlarda şagirdlərin ümumilikdə 1091736 tapşırıq üzrə yazı işi yoxlanılıb. Apellyasiya üçün edilən müraciətlər bütün tapşırıqların cəmi 1.54 %-ni təşkil edir.

Daxil olan müraciətlər araşdırılmış və şagirdlərin apellyasiya ərizələrindəki istəklərinə uyğun olaraq 1238 nəfərlə video görüntü ("Zoom" proqramından istifadə etməklə) vasitəsilə, 2970 (onlardan 130-a yaxın şagird dəfələrlə edilən zənglərə cavab verməyib) nəfərlə telefon vasitəsilə əlaqə saxlanılaraq iş üzrə birlikdə müzakirə aparılıb. Apellyasiyaya müraciət edənlərdən 562 şagirdin (bütün imtahan verənlərin 1,22%-i) cəmi 616 tapşırıq (bütün tapşırıqların 0,06%-i) üzrə qiymətində dəyişiklik edilmiş, digər iddialarla bağlı isə şagirdlərə yazı işinin yerinə yetirilməsində yol verdikləri səhvlər izah edilib. 68 işdə edilmiş düzəlişlər imtahan verənin tapşırığın həllini (və ya cavabını) başqa tapşırıq üçün ayrılmış yerdə yazması ilə bağlı meydana gələn hallara aiddir.

Şagirdlərin nəzərinə çatdırırıq ki, qeyd olunan dəyişikliklər artıq onların imtahan nəticələri ilə əlaqədar yaradılmış səhifələrində öz əksini tapıb.

Xatırladaq ki, bu imtahanlarda 46115 şagird iştirak edib və bu şagirdlərin ümumilikdə 1091736 tapşırıq üzrə yazı işi yoxlanılıb.

Xəbər lenti