Logo

Bakı Qızlar Universitetində ÖZBAŞINALIQ? - Tələbə şikayətləri səngimək bilmir...

09.01.2021 16:57 4574 baxış
IMG

Son zamanlarda bir çox ali təhsil müəssisələri barədə şikayət məktublarının sayı durmadan artmaqdadır. Bunlardan biri də Bakı Qızlar Universitetidir.

 

Tehsil.biz Bakı Qızlar Universiteti haqqında yazılmış şikayəti olduğu kimi təqdim edir:

 

"Salam. Sizi narahat edirəm. Bakı Qızlar Universiteti yenə özbaşınalıq edir, öldürüb ta bizi... siz bizim halımızdan anlayarsınız. 
Bizim Universitetimizdə heç bir güzəşt yoxdur. Deməli, imtahanın şifahi-onlayn olacağı deyilir. Niyə deyilir deyim, çünki elmi şura çağırılmayıb, ümumiyyətlə, varmı onu da bilmirik. 
Bizə imtahan gedişi ilə bağlı, sadəcə, şifahi-onlayn olacaq, 10 dəqiqə vaxt veriləcək, bileti müəllim seçəcək deyilir. Niyə? Harada görülüb ki, bileti müəllim seçsin? Şəffaflıq gözləyirsiniz? Biz yox! 
Düşünün, bizə pandemiya bir zərbə, müharibə ikinci zərbəni vurdu. Biz şəhid əhval-ruhiyyəsindən çıxmamışıq. Bir dənə belə olsun güzəşt olmayıb, kollekvium vermişik, Sərbəst iş vermişik. Qayib limiti olduğu kimi qalır. Niyə tələbəyə hörmət qoymurlar? Axı, biz bu dövlətin, millətin gələcəyiyik. Xoşdurmu bizə belə davranmaları? İçim yanır, tələbəliyimizə ürəyim ağrıyır. Digər universitetlər az da olsa, güzəşt etdi, bəs biz? Niyə bizim halımızı anlayan yoxdur? Kimə deyək dərdimizi? 
Sabah məndən hansı savadlı kadr yetişdirməyi gözləyirlər? Dövlətə , millətə nə xeyir gözləyirlər məndən? Bilmirik Internet tapaq , ya halımıza ağlamağa şərik. Xahiş edirəm, bu məsələni işıqlandırmağımiza kömək edəsiniz. Referant olsun imtahanlarımız, ya da Sdf=final. Təşəkkür edirəm öncədən!"

Xəbər lenti