Logo

BANM-in 2 komandası "Teknofest"də birinci yeri tutub - FOTO

28.05.2022 18:22 420 baxış
IMG

SOCAR-ın Bakı Ali Neft Məktəbinin “İstiqlal” komandası Bakıda ilk dəfə keçirilən Türkiyənin ən böyük aviasiya, kosmos və texnologiya festivalı - "Teknofest" çərçivəsində baş tutan  “Cansat Model Peyk” yarışının qalibi olub.

Tehsil.biz xəbər verir ki, BANM-in komandası bu müsabiqə üzrə final mərhələsində hazırladıqları peyk modelini  səmaya uğurla buraxaraq birinci yerə sahib olub.

Komanda BANM-in Proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisasında təhsil alan 5 tələbədən ibarətdir. Komandanın mentoru Bakı Ali Neft Məktəbinin məzunu və hazırda Ali Məktəbdə müəllim olaraq fəaliyyət göstərən Ramil Şükürovdur.

Üzvlər:
1. Fidan Mahmudova
2. Səmra Hüseynova
3. Qeybulla Əliverdiyev
4. Kənan Bəgəliyev
5. Fuad Məmmədzadə(kapitan)

“Teknofest”in digər qalib BANM komandası isə “Atəşgah”dır. “Yaşıl Texnologiyalar” üzrə “Teknofest”ə qoşulan komandanın üzvləri Ali Məktəbin Kimya mühəndisliyi ixtisasında təhsil alan 3 tələbədir. Komandanın mentoru Bakı Ali Meft Məktəbinin məzunu Murad Rəhimovdur.

Üzvlər :
1. Faiq Əliyev
2. Fatimə Məmmədova
3. Fərid Əliyev(kapitan)

Xəbər lenti