Tovuz rayonunda intihar hadisəsi baş verib.
Tehsil.biz xəbər verir ki, bu barədə sosial şəbəkədə paylaşılıb.
Qeyd olunub ki, rayonun Düz Qırıqlı kəndi 1 saylı tam orta məktəbin 11-ci sinif şagirdi Aslanov Elmin bu gün səhər saatlarında özünü asaraq intihar edib.
Bu barədə yaxınlarının məlumat verdiyi, intihar səbəbinin hələlik bilinmədiyi bildirilib.
Məlumata görə, E.Aslanov Bburaxılış imtahanından 252 bal toplayıbmış.