Logo

BAU-da Müstəqillik gününə həsr olunmuş musiqili tədbir keçirilib - FOTOLAR

28.05.2022 20:52 528 baxış
IMG

Bakı Avrasiya Universitetində 28 May Müstəqillik gününə həsr olunmuş musiqili tədbir keçirilib.

Tehsil.biz xəbər verir ki, dörd ölkənin – Azərbaycan, Nigeriya, Pakistan və Zimbabve – himni ilə başlayan tədbiri giriş sözü ilə açan tədbirin təşkilatçısı və “Tərcümə” kafedrasının ingilis dili müəllimi Günel Bayramova qonaqları və tədbir iştirakçılarını salamlayıb və tədbirin mövzusu və həsr olunduğu tarix barədə qısa məlumat verdikdən sonra sözü tələbələrə verib. Nigeriya, Pakistan və Zimbabvedən olan tələbələr öz musiqi alətləri, milli rəqsləri və geyimləri haqqında qonaqlara qısa təqdimat xarakterli məlumat verdikdən sonra tədbirin musiqili hissəsinə keçid edilib, Azərbaycanlı və əcnəbi tələbələrin ifasında yerli və xarici mahnılar səsləndirilib, tərcümə ixtisasından üç azərbaycanlı qızın ifasında milli rəqs nümayiş etdirilib.

İrqindən, dinindən və dilindən asılı olmadan ölkələrin birliyi və həmrəyliyini nümayiş etdirmək məqsədilə dörd ölkənin tələbələrinin qoşulduğu “Yallı” rəqsi ilə tədbiri yekunlaşdıran qrupların ingilis dili müəllimi Günel Bayramova sonda sözü qonaqlara verib və onlarla əcnəbi tələbələr arasında maraqlı dialoq aparılıb, Nigeriyalı və Pakistanlı tələbələr ölkəmiz və universitetimizlə bağlı fikirlərini və təcrübələrini bölüşüb, göstərdikləri nəzakət və səmimi münasibətə görə universitetin müəllim və tələbə kollektivinə təşəkkür edib.

“Beynəlxalq münasibətlər” ixtisası üzrə hazırlıq qrupundan əcnəbi tələbələr, eləcə də “Filologiya” və “Regionşünaslıq” fakültələrindən Azərbaycanlı tələbələr tədbirin təşkili və hazırlanmasında yaxından iştirak edib.

Xəbər lenti