Logo

Lənkəran-Astara Regional Təhsil İdarəsinə müdir müavini təyin olunub

29.05.2022 13:38 1588 baxış
IMG

Lənkəran-Astara Regional Təhsil İdarəsinə müdir müavini təyin olunub.

Tehsil.biz xəbər verir ki, bu vəzifə İsayev Famil Kamal oğluna həvalə edilib.

Famil İsayev 2004-cu ildə Lənkəran Dövlət Universitetinin coğrafiya müəllimi ixtisası üzrə bakalavr pilləsini, 2007-ci ildə isə Ekologiya ixtisası üzrə magistr pilləsini bitirib.

F.İsayev peşəkar fəaliyyəti dövründə coğrafiya müəllimi, özəl təhsil sektorunda idarəçi, fənn metodisti, təlimçi, müxtəlif layihələrin rəhbəri  və Azərbaycan Respublikasının Təhsil İnstitutunun coğrafiya fənni üzrə vebinarının spikeri olub. Eyni zamanda ixtisası üzrə müxtəlif dəsr vəsaitlərinin müəllifi və həmmüəllifidir.

Xəbər lenti