Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) İbtidai təhsil fakültəsinin I kurs tələbələri Mülki müdafiə və ilkin tibbi yardım fənninin müəllimi və “First Aid for Emergency Situations” klubunun koordinatoru doktor Səadət Qəmbərovanın rəhbərliyi altında Qubada qeyri–standart dərs keçiblər.
Tehsil.biz xəbər verir ki, tələbələr açıq havada fövqəladə hallar zamanı xəsarət almışlara müxtəlif göstərişlərdə ilkin tibbi yardımın tətbiqini simulyasiya və rollu oyunlarla nümayiş etdiriblər. Dərs zamanı qoyulan fərqli keyslər mövzu ilə bağlı biliklərin mənimsənilməsinə və şəxsə uyğun səriştələrin qazanılması məqsədi daşıyır.
Tələbələr ilkin tibbi yardım üzrə əldə etdikləri bilik və bacarıqları rollu oyunlarla xəsarət almışlara ilkin tibbi yardım tətbiq edərək praktik olaraq nümayiş etdiriblər.
Nəzarət və monitoriq məqsədi ilə dərsin planlanmasında mentor kimi təşəbüskkarlıq göstərən ADPU-nun Elmi Tədqiqat Mərkəzinin Tətbiqi tədqiqatlar bölməsinin müdiri dosent Gülşən Novruzova da dərsdə iştirak edib.