Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialının Tələbə Elmi Cəmiyyətinin “Şuşa ili ”nə həsr edilən XI elmi-praktik konfransı keçirilib.
Tehsil.biz xəbər verir ki, konfrans Azərbaycan Respublikasının Dövlət Himninin ifası ilə açıq elan edilib.
Giriş sözü ilə çıxış edən ADPU-nun Quba filialının Ədəbiyyat və dillər kafedrasının müdiri dosent Gülşən Ağabəy konfransın "Şuşa ili"nə həsr edilməsinin mahiyyətini, filialda dosent Yusif Alıyevin rəhbərliyi ilə son illərdə TEC ənənəvi konfranslarının keçirilməsinin tələbələrin elmi tədqiqat işlərinə cəlb edilməsindəki əhəmiyyətini diqqətə çatdırıb, tələbələrə uğurlar arzu edib.
Daha sonra filialın tədris və elmi işlər üzrə direktor müavini, t.f.d İsmayıl Mahmudov, Pedaqoji fakültənin dekanı, f.f.d. Qələmşah İdrisov, Keyfiyyətin təminatı şöbəsinin müdiri Pərvanə Rzayeva “Filialda tələbələrin elmi işlərinin keyfiyyətinin artırılması istiqamətində görülən işlər haqqında”, TEC-in sədr müavinləri Zəhra Məmmədova və Ağayar Məmmədov “TEC-in illik fəaliyyəti haqqında” hesabatla məruzə edərək tələbə gənclərə uğurlar arzu ediblər.
Sonra bölmə iclasları haqqında məlumat verilib, təqdimat edən tələbələr dinlənilib, ən yaxşı tezislərin müəlliflərinə diplomlar, iştirakçılara isə sertifikatlar təqdim edilib, xatirə şəkli çəkdirilib.
Tədbirdə həmçinin filialın direktor müavinləri İ.Mahmudov, A.Şeydayeva, direktor köməkçisi M.Əliyev, İKT şöbəsinin müdiri Y.Abayev, Kitabxana və elektron resurslar şöbəsinin müdiri S.Hacıyeva, Təbiət fənləri və onun tədrisi metodikası kafedrasının müdiri dos. G.Həmzəyev, İKT şöbəsinin müdir müavini H.Musayev, GTŞ sədri E.Əhmədov, Heydər Əliyev lektoriyasının rəhbəri L.Nurullayeva, müəllimlər p.ü.f.d E.Axundova, p.ü.f.d L.Kərimova, K.Bayramova, A.Şıxbabayeva, G.Xudayarova da çıxış edərək tələbə gənclərin elmi istiqamətdə inkişafları üçün bundan sonra da əllərindən gələni əsirgəməyəcəklərini diqqətə çatdırıblar.