“Bələdçi”nin növbəti buraxılışı yayımlanacaq.
Tehsil.biz xəbər verir ki, bu buraxılışda Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdiri Eşqi Bağırovla "Təhsildə kadr siyasəti" barədə danışılacaq.
T-Network-un tədqiqat və inkişaf üzrə baş mütəxəssisi Qoşqar Məhərrəmovun təqdimatında yayımlanan "Bələdçi"ni 30 may saat 20.00-da T-Network təhsil işçilərinin təcrübə və kommunikasiya platformasının "Facebook" səhifəsindən izləmək mümkündür.