Logo

Tikişçi peşə ixtisası üzrə fəaliyyət göstərən vətəndaşların nəzəri bilikləri qiymətləndirilib

30.05.2022 10:48 396 baxış
IMG

Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) tərəfindən tikiş avandanlıqlarının operatoru, tikişçi peşə ixtisası üzrə fəaliyyət göstərən, lakin peşəsi üzrə təhsil sənədi olmayan vətəndaşların nəzəri biliklərinin qiymətləndirilməsi məqsədilə test imtahanı keçirilib.

Bu barədə "Tehsil.biz"ə TKTA-dan məlumat verilib. Bildirilib ki, Qiymətləndirmə Komissiyasına işəgötürən nümayəndəsi olaraq “LEYACOUTURE” moda evinin təsisçisi, modelyer və dizayneri Leyli Zalova, ekspert qismində Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin müəllimi Anar Fərzəliyev cəlb edilib.

İlkin mərhələdə yüksək nəticə göstərən ərizəçilər bacarıq, səriştə və təcrübələrin qiymətləndirilməsi mərhələsində iştirak hüququ əldə edəcəklər. Yekunda uğurlu nəticə əldə edən namizədlərə tikiş avandanlıqlarının operatoru, tikişçi peşə ixtisası üzrə sertifikatlar təqdim olunacaq.

Xəbər lenti