Logo

AMEA-da 70 yaşlı akademikin yerinə 80 yaşlı akademik gətirilib

10.01.2021 00:37 203 baxış
IMG

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Aşqarlar Kimyası İnstitutunun direktoru, akademik Vaqif Fərzəliyevə yeni vəzifə verilib.

 

Tehsil.biz xəbər verir ki, V.Fərzəliyev AMEA-nın Kimya Elmləri Bölməsinin Elmi Şurasının sədri seçilib.

 

O, bu vəzifədə 70 yaşlı akademik Dilqəm Tağıyevi əvəzləyib. 1939-cu il təvəllüdlü V.Fərzəliyev bundan əvvəl Elmi Şuranın sədr müavini vəzifəsini daşıyıb.

 

Qeyd edək ki, D.Tağıyev AMEA-nın birinci vitse-prezidenti seçilib.

 

Xatırladaq ki, Vaqif Fərzəliyev 1939-cu il dekabrın 19-da Bakıda anadan olub. O, 1967-ci ildən AMEA-da çalışır. 2001-ci ildə AMEA-nın müxbir üzvü, 2007-ci ildə isə AMEA-nın həqiqi üzvü seçilib.

Xəbər lenti