Logo

Universitet tələbələrə güzəşt etməyə məcburdur? - AÇIQLAMA

10.01.2021 11:35 244 baxış
IMG

"Əslində tələbələrə güzəşt olmalıdır. Pandemiya dövrü, karantin dövrü bu cür sıxma uyğun deyil".


Bu sözləri Tehsil.biz-ə açıqlama verən təhsil eksperti Elçin Əfəndi deyib.


Ekspert bildirir ki, heç bir universitetin tələbəni sıxmağa haqqı yoxdur:


"Ölkədə distant təhsil hüquqi cəhətdən tanınmır. Yalnız mövcud vəziyyətə görə çıxış yoludur ki, bu zaman da tələbələr diqqətə alınmalı, onlara pul kisəsi və ya təhqir hədəfi kimi baxılmamalıdı".

 

Elçin Əfəndi tələbələrin onlara güzəştlər tətbiq olunmasını tələb etməkdə haqlı olduqlarını bildirib:


"Univetsitet də belə məqamlarda düzgün işləməlidi. Tələbələrin birliyi olmalıdı. Təəssüf ki, universitetlərdə fəaliyyət göstərən TGT-lərin çoxu qorxaq təşkilatdır və onlar tələbələrin yox, daha çox universitet rəhbərlərinin hüquqlarına xidmət edirlər".

 

Təhsil üzrə mütəxəssis Elçin Əfəndi deyir ki, bu təşkilatlar düzgün işləyərsə, o zaman bütün problemlərin həll yolu tapıla bilər

 

"Tələbələrin narazılıqları vahid formada rektora təqdim edilsə, tələbələrin xeyrinə addım atmaq mümkün olar. Beləcə, narazılıq da aradan qalxar. Təəssüf ki, biz bunu görmürük".

Xəbər lenti