Logo

İcra başçısı Uşaq Evinin əməliyyat olan sakini və yeni mənzillə təmin olunan şəhid anasını ziyarət edib - FOTO

30.05.2022 19:09 400 baxış
IMG

Gəncə Uşaq Evinin sakini İsgəndərov Elmar Cəsarət oğlu ürəyindən əməliyyat olunub.

"Tehsil.biz"in məlumatına görə, müayinələr zamanı ürəyində xırda dəlik aşkarlanan Elmar İsgəndərov dərhal nəzarətə götürülüb və dövlətin dəstəyi ilə Gəncə Beynəlxalq Xəstəxanasında əməliyyat edilib. 

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Elmar İsgəndərovu xəstəxanada ziyarət edərək, onun səhhəti ilə maraqlanıb. Həkimlər onun ürəyində yaranmış probelmin aradan qaldırıldığını və səhhətinin normal olduğunu bildiriblər. 

Qeyd edək ki, İsgəndərov Cəsarət Elmar oğlu 2013-cü ildən Gəncə Uşaq Evinin sakinidir. O, Samir Vəliyev adına 34 nömrəli tam orta məktəbin 8-ci sinfində təhsil alır.

Daha sonra Niyazi Bayramov Vətən müharibəsi şəhidi Rəşad Ələkbərovun anası, I Qarabağ müharibəsi iştirakçısı Nailə Ələkbərovanı yeni mənzilində ziyarət edib. 

Ziyarət zamanı Niyazi Bayramov Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən şəhid ailələri və müharibə əlillərinə göstərilən diqqətdən söz açıb.

Nailə xanım isə öz növbəsində şəhid ailələri və qazilərə göstərilən diqqət və qayğıya görə dövlət başçısı İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz təşəkkürünü bildirib.

Xəbər lenti