Logo

SDU-da vətənpərvərlik mövzusunda tədbir keçirilib

10.01.2021 16:25 75 baxış
IMG

Sumqayıt Dövlət Universitetində (SDU) Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə vətənpərvərlik mövzusunda onlayn tədbir keçirilib.

 

700-dən çox müəllim və tələbənin iştirak etdiyi tədbir bədii hissə ilə başlayıb. Tələbələrin ifasında “ Qarabağ şikəstəsi” səsləndirilib.

 

Sonra tədbirin aparıcıları-filologiya fakültəsinin tələbələri Natəvan Rüstəmova və Nəzrin Tağızadə Vətən müharibəsinin başlanma səbəbləri,  həmçinin nəticələrindən danışıblar. Tədbirdə iştirak edən tələbələr “Qarabağ Azərbaycandır!” şüarını 6 dildə səsləndiriblər.

 

Universitetin tarix və coğrafiya fakültəsinin dosenti,YAP Sumqayıt şəhər təşkilatının gənclərlə iş üzrə sədr muavini Elmar Xəlilov bildirib ki, Azərbaycan sentyabrın 27-də düşmənin növbəti təxribatına cavab olaraq genişmiqyaslı əks-hücum əməliyyatlarına başlayanda, məhz özünün son 17 ildə yaradılan güclü iqtisadiyyatına, güclü ordusuna güvənirdi:” Beləliklə də Azərbaycan xalqı özünün keşməkeşli tarixinin daha bir şanlı səhifəsini yazdı. Qarabağın tacı olan Şuşamız öz tarixi sahibinə qayıtdı. Bir daha sübut etdik ki, heç bir qüvvə bizi haqq yolumuzdan döndərə bilməz”.

 

Tədbirdə universitetin şəhid məzunlarının ailə üzvləri, qazilər çıxış edərək vətənpərvərlik mövzusunda keçirilən tədbirlərin gənclərin tərbiyəsində böyük rol oynadığını xüsusi qeyd ediblər.

Xəbər lenti