Logo

ASAPES magistrantları Böyük Britaniyada dünya təcrübəsini öyrənirlər - FOTO

31.05.2022 13:53 308 baxış
IMG

Mayın 28-dən iyunun 11-dək Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının (ASAPES) “İdman Menecmenti” magistr proqramının tələbələri Böyük Britaniyada 2 həftəlik tədris-təcrübə proqramı keçəcəklər.

Tehsil.biz xəbər verir ki, magistrantlar aparıcı universitetlər və beynəlxalq idman obyektlərini ziyarət edərək müxtəlif mühazirə və seminarlarda iştirak etməklə yanaşı, London, Koventri (Coventry), Lafboro (Loughborough), Mançester (Manchester) və Birmingem (Birmingham) şəhərlərinə səfər edib beynəlxalq təcrübəni öyrənəcək və peşəkar bacarıqlarını inkişaf etdirəcəklər.

Xəbər lenti