Gəncə Şəhər İcra Hakimiyyəti, Kəpəz bələdiyyəsi və “Bakcell”in dəstəyi, UAFA - Gəncə İcma Əsaslı Reabilitasiya Mərkəzi, “Gənc by Barbarisso” və Gəncə Dövlət Kukla Teatrının təşkilatçılığı ilə 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə tədbir keçirilib.
Tehsil.biz xəbər verir ki, tədbirdə İƏRM-dən bəhrələnən müxtəlif diaqnozlu uşaqlarla bərabər SOS uşaq kəndinin sakinləri və tam orta məktəb şagirdləri iştirak ediblər.
Ümumilikdə 50-ə yaxın uşağın iştirakı ilə keçirilən bayram tədbirində uşaqlar şeir və mahnı nümunələri ilə çıxış ediblər.
Qeyd edək ki, tədbirin keçirilməsində məqsəd uşaqların reabiltasiyası ilə yanaşı, onların cəmiyyətə inteqrasiyasını təmin etmək, bacarıqlarını üzə çıxarmaq və əyləndirməkdən ibarət olub.