Logo

Zəncan Universitetinin alimi BDU-nun SABAH qruplarının tələbələrinə ustad dərsi keçib

31.05.2022 16:41 320 baxış
IMG

Bakı Dövlət Universitetinin (BDU) SABAH mərkəzinin təşkilatçılığı ilə İran İslam Respublikasının Zəncan Universitetinin dosenti Hoda Nassira SABAH qruplarının tələbələrinə “Ağıllı polimerlər: baza bilikləri və tətbiqləri” (“Smart Polymers: Principles and Applications”) mövzusunda ustad dərsi keçib.

Tehsil.biz xəbər verir ki, ustad dərsində Hoda Nassira əvvəlcə müxtəlif suallarla tələbələrin polimerlər haqqında biliklərini öyrənib. Daha sonra polimerlər, onların növləri, əsas fiziki-kimyəvi xassələri haqqında ümumi məlumat verib.

Məruzəçi polimerlərin müasir tiplərindən olan ağıllı polimerlər, dünyada onlara olan tələbat və ehtiyac meyarları, tətbiq sahələrindən geniş bəhs edib. O, çıxışında qeyd edib ki, müxtəlif xarici təsirlərə, xüsusən də temperatur, işıq, elektrik və maqnit sahələri, mühitin turşuluq göstəricisinə qarşı öz fiziki-kimyəvi xassələrini dəyişən ağıllı polimerlər hazırda sensor, toxuculuq məhsulları, bioparçalanan qablaşdırma istehsalında tətbiq imkanlarına malikdir.

Xəbər lenti