Logo

BDU-nun əcnəbi tələbələri Qala və İçərişəhərdə - FOTO

31.05.2022 21:19 479 baxış
IMG

Bakı Dövlət Universitetinin (BDU) əcnəbi tələbələri "Qala" Dövlət Tarix-Etnoqrafiya və "İçərişəhər" Dövlət Tarix-Memarlıq qoruqlarını ziyarət ediblər.

Tehsil.biz xəbər verir ki, "Azərbaycanı tanıyaq" şüarı altında təşkil olunmuş ekskursiya zamanı əcnəbi tələbələrə Abşeron yarımadasının tarixi, landşaftı, əhalisi və mədəniyyəti haqqında məlumat verilib. Onlar Abşeron yarımadasına aid orta əsr şəhərini, avanqard incəsənət muzeyini ziyarət ediblər.

"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğunu ziyarət zamanı tələbələr Şirvanşahlar Saray Kompleksi ilə yaxından tanış olub, Qız qalasından şəhər mənzərəsini seyr ediblər.

Xəbər lenti