Logo

Bakıda mənzildə meyiti tapılan qadın müəllim imiş

01.06.2022 08:50 1005 baxış
IMG

Ötən gün Bakıda mənzildə meyiti tapılan qadının kim olduğu müəyyənləşib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Nəsimi rayonunda mənzildə meyiti aşkarlanan 1953-cü il təvəllüdlü Kazımzadə Canetta Əliağa qızı Bakı Xoreoqrafiya Akademiyasının müəllimi olub.

Uzun illər akademiyada Fransız dili fənnini tədris edən müəllim, ötən il yaşla əlaqədar təqaüdə çıxıb. Məlumata görə, C.Kazımzadə tək yaşayırmış.

Xəbər lenti