Logo

Naxçıvan Dövlət Universitetinin əməkdaşları Yunanıstanda təlimlərdə olub

01.06.2022 09:27 327 baxış
IMG

Avropa Birliyinin Erasmus+ LMQS “Rusiya Federasiyası, Qazaxıstan və Azərbaycanda səhiyyədə strateji keyfiyyət menecmenti və risklərin idarə olunması üzrə açıq və distant təhsil formatında peşə bakalavrı və magistri” layihəsi çərçivəsində layihənin koordinatoru Qərbi Attika Universitetinin təşkilatçılığı ilə Yunanıstanda növbəti təlimlərə start verilib.

Tehsil.biz xəbər verir ki, Naxçıvan Dövlət Universitetinin tibb fakültəsinin Ümumi təbabət və klinik fənlər kafedrasının dosenti, tibb üzrə fəlsəfə doktoru Elmar Rzayev, həmin kafedranın baş müəllimi Güllü Səfərova, Əczaçılıq və biokimya kafedrasının laborantı Lalə Həsənli Yunanıstanın Qərbi Attika Universitetində LMQS layihəsi üzrə keçirilən təlimlərdə iştirak ediblər.

Avropa Birliyinin layihə üzrə baş koordinatoru Yunanıstanın Qərbi Attika Universitetinin professoru Panos Yannakopoulos layihə barədə məlumat verib. Sonra mütəxəssislərin iştirakı ilə Strateji keyfiyyət menecmenti və səhiyyədə risklərin idarə olunması sahəsində bacarıq və ehtiyacların təlimi, peşə hədəflərinin identifikasiya anketinin həyata keçirilmə metodologiyası üzrə mühazirələr oxunub.

Qərbi Attika Universitetinin idarəçilik və keyfiyyət üzrə ekspertinin keçdiyi təlimdə birgə tədris proqramlarının təşkil olunması, ikili diplom məsələləri müzakirə edilib. Azərbaycan və Qazaxıstan universitetləri ilə qarşılıqlı fikir mübadiləsi aparılıb.

Yunanıstanın Təhsil  Akademiyası, Milli kitabxana, İctimai səhiyyə sistemi, Onkoloji xəstəxana  ilə tanış olan nümayəndə heyəti üçün müxtəlif sahələr üzrə təlim təşkil edilib.

Səfər müddətində Yunanıstanın tarixi yerlərini ziyarət edən qonaqlara keçirilən təlimlər üzrə material toplusu da təqdim olunub.

Xəbər lenti