Logo

Mingəçevir Dövlət Universitetində “Açıq qapı” günləri keçiriləcək

01.06.2022 09:54 346 baxış
IMG

2021/2022-ci tədris ilinin yaz semestrinin imtahan sessiyasının başlanması ilə əlaqədar olaraq Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Şahin Bayramovun iştirakı ilə “Açıq qapı” günləri keçiriləcək.

Tehsil.biz xəbər verir ki, imtahan dövründə tələbə və magistrantların, həmçinin onların valideynlərinin yarana biləcək suallarının operativ cavablandırılması məqsədi daşıyan “Açıq qapı” günləri hər həftənin çərşənbə günü saat 15:00-da hibrid formada təşkil olunacaq.

Hibrid formada olan görüşlərdə MDU-nun tələbələri, magistrantlar və onların valideynləri iştirak edə bilərlər.

İlk “Açıq qapı” günü 2022-ci il iyunun 1-də keçiriləcək.

Görüşə qatılmaq istəyənlər [email protected] elektron poçt ünvanına müraciət edə bilərlər.

Xəbər lenti