Logo

Təhsil Nazirliyi şagirdlərdən 15 manat yığılması ilə bağlı iddialara münasibət bildirib

01.06.2022 11:15 858 baxış
IMG

Təhsil Nazirliyi Quba şəhərində yerləşən Hikmət Hüseynov adına 4 saylı orta məktəbin şagirdlərindən 15 manat pul yığılması ilə bağlı iddialara aydınlıq gətirib.

Qurumdan "Tehsil.biz"in sorğusuna cavab olaraq bildirilib ki, məsələ ilə bağlı araşdırma aparılıb.

"Quba şəhər Hikmət Hüseynov adına 4 saylı məktəb-liseydə təmir, süpürgə və s. pul yığılması məsələsinə görə Quba-Xaçmaz Regional Təhsil İdarəsi ilə bağlı araşdırma aparılıb. Araşdırma zamanı sadalanan hallar barədə heç bir fakta rast gəlinməyib", - deyə nazirliyin məlumatında qeyd olunub.

Həmçinin oxuyun: Daha bir məktəbdə PUL YIĞIMI: Təhsil Nazirliyi sükutu pozmaq istəmir

Xəbər lenti