Logo

Xaricdə doktoranturaya ikinci sənəd qəbulunun vaxtı bilinib

01.06.2022 11:36 386 baxış
IMG

İyulda “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində xaricdə doktorantura təhsilinə dair 2022-ci il üzrə ikinci sənəd qəbuluna başlanılacaq.

Təhsil Nazirliyindən "Tehsil.biz"ə verilən məlumata görə, nüfuzlu xarici ali təhsil müəssisələrində prioritet ixtisas istiqamətləri üzrə doktoranturaya qəbul olmağa hazırlaşan və ya hazırda təhsil alan Azərbaycan Respublikası vətəndaşları proqrama müraciət edə bilərlər. Proqrama müraciət tarixləri iyul-sentyabr aylarını əhatə edəcək.

Proqrama müraciət üçün tələb olunan sənədlərin siyahısı ilə keçiddən tanış ola bilərsiniz.

Hər hansı əlavə sual yarandığı zaman FAQ/MVS və ya [email protected] mail ünvanına müraciət etmək mümkündür.

Xəbər lenti