Logo

Mərkəzi Lankaşir Universitetinin alimi BDU-nun SABAH qrupları tələbələrinə ustad dərsi keçib

01.06.2022 11:59 299 baxış
IMG

Böyük Britaniyanın Mərkəzi Lankaşir Universitetinin müəllimi, fəlsəfə doktoru Ali Badiei Bakı Dövlət Universitetinin (BDU) SABAH qruplarının tələbələrinə ustad dərsi keçib.

Tehsil.biz xəbər verir ki, "Alternativ enerji texnologiyaları" adlı ustad dərsində enerji və karbon iqtisadiyyatı, külək enerjisi, ondan istifadə qaydaları, istilik mühərrikləri ilə bağlı məsələlərə toxunulub.

Tələbələrə atmosferdə karbonun artma səbəbləri, mənfi təsirlərini azaltmaq yolları, digər enerji mənbələri haqqında məlumat verilib. Alternativ enerji mənbəyi olan külək enerjisinin çatışmazlıqları, istifadə qaydaları, növləri, vertikal və horizontal  quruluşları, işləmə mexanizmləri ətraflı izah olunub. Horizontal külək enerji mənbələrində qüvvələrin paylanma qanunlarından, vertikal enerji mənbələrində isə diametrdən asılı olaraq külək enerjisinin miqdarından bəhs edilib. Külək turbinlərinin strukturu, onlardan enerji əldə olunması və sənayedə tətbiqi məsələlərinə diqqət çəkilib.

Sonda mövzu ilə bağlı tələbələrlə diskussiya aparılıb.

Xəbər lenti