Logo

DİM bu bakalavrlara müraciət etdi

01.06.2022 14:55 364 baxış
IMG

Dövlət İmtahan Mərkəzi magistraturada 68, 69 və 70 saylı qəbul proqramlarına aid ixtisaslaşmaları seçmək istəyən bakalavrlara müraciət edib.

DİM-dən "Tehsil.biz"ə verilən məlumata görə, müsabiqə şərtlərini ödəyən və ali təhsil müəssisələrinin magistratura səviyyəsinin 68, 69 və 70 saylı proqramlarına aid xüsusi qabiliyyət tələb edən ixtisaslaşmalara qəbul olmaq istəyən bakalavrların qabiliyyət imtahanlarında iştirak etməsi üçün qeydiyyatı 3 iyun saat 23:59-dək aparılacaq.

Qabiliyyət imtahanları isə 8–17 iyun tarixlərində keçiriləcək. Ali təhsil müəssislərinin xüsusi qabiliyyət tələb edən ixtisaslaşmalarına qəbul üçün keçiriləcək qabiliyyət imtahanları haqqında ətraflı məlumatı “Abituriyent” jurnalının xüsusi buraxılışı olan “Xüsusi qabiliyət imtahanları” jurnalının 1-ci sayından əldə etmək mümkündür.

Xəbər lenti