Logo

DİN-dən 9-cu sinif şagirdinə toy edilməsi ilə bağlı AÇIQLAMA

01.06.2022 17:10 503 baxış
IMG

Xəbər verdiyimiz kimi, Sabirabadda 9-cu sinif şagirdi olan qızın toyu keçirilib.

Tehsil.biz xəbər verir ki, bununla bağlı Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə məlumat paylaşıb.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin Şirvan regional qrupundan “Qafqazinfo”ya bildirilib ki, toyun qarşısı alınıb:

“Faktla bağlı Sabirabad Rayon Polis Şöbəsi tərəfindən bütün tədbirlər icra olunub: “Digər dövlət qurumları məlumatlandırılıb. Vaxt təyin olunan toy mərasimin keçirilməsinin qarşısı alınıb. Yeniyetmənin valideynləri də polis şöbəsinə dəvət olunaraq qeyd olunan halın hüquqazidd olması onların diqqətinə çatdırılıb. Həmçinin yeniyetmənin qanunvericiliyə uyğun olaraq təhsilinə davam etməsinə və dərsə davamiyyətinə mütəmadi olaraq nəzarət olunacaq”.

Xəbər lenti